Azərbaycan Premyer Liqası: "İnter" AZAL-ı məğlub edib

Azərbaycan Premyer Liqası: "İnter" AZAL-ı məğlub edib
17:02 13 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində bir oyun baş tutub. "Report"un məlumatına görə, sonuncu pillədə qərarlaşan AZAL ilə 3-cü sıradakı "İnter" Şüvəlanda üz-üzə gəliblər.
İlk 2 dövrədə "təyyarəçilər"i 3:1 və 3:0 hesabı ilə məğlub edən "İnter", bu dəfə rəqibinin müqavimətini qırmaqda çətinlik çəkib. Qol vəziyyətlərinin kasad olduğu qarşılaşmanın taleyini bir dəqiq zərbə həll edib. Matç ərzində üstün futbol sərgiləyən qonalqar kapitan Nizami Hacıyevin qolu ilə 3 xal qazanıblar.
Bu qalibiyyətdən sonra "İnter" xalını 32-yə çatdırıb. Lakin komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb.
Qeyd edək ki, XVIII tura bu gün saat 17:30-da start götürəcək "Neftçi" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XVIII tur
13 fevral (bazar ertəsi)
15:00 AZAL – “İnter” 0:1
Qollar: Nizami Hacıyev, 84
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”
İlk 2 dövrədəki oyunlar: 1:3, 0:3

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasi-i-nter-azal-i-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR