Nisə Qasımova: "Hər gün xoşbəxtəm deyən insan dəlidir"

Nisə Qasımova: "Hər gün xoşbəxtəm deyən insan dəlidir"
17:05 13 Fevral 2017
171 Şou
Ölkə mətbuatı
A- A+

"Adətən danışmaqdan daha çox, susmağa üstünlük verirəm. İçimdə o qədər sirlər, xəzinə var ki, onları gizlətməyi xoşlayıram. Mənim fərdi dünyam, çevrəm, görüntüm var. Bu fərdiliyimi çoxları təqdir etməsə də, mən təqdir edirəm. Mənim üçün ümumiyyətlə yaş önəmli deyil. İllər ərzində çəkdiyim iztirabların və sevinclərin çəkisi var. Onları üst-üstə gələndə heç 15 yaş etmir. Bəzən utanc, bəzən isə sevinc hissi ilə deyirəm ki, mən böyümədim, bu yaş həddini hiss etmədim. Bilmirəm nədən? Bu sualı mən də özümə verirəm. Yaşa dolmaq, mənim fikrimcə, istər qadın, istərsə də kişi üçün müdrik olmaq deməkdir. İnsan mütaliə etməklə, təhsil almaqla bilgilənir, elmli olur. Biri də var ki, insanın xislətində olan biliklər və elmlər. Mən o elmin tərəfdarıyam. İnsan özü özünü görməli, tərbiyə etməli, yaşatmalı, böyütməlidir. Mənim üçün yaşın anlamı budur". 

N.Qasımova "Hansı yaşda özünüzü ən xoşbəxt qadın hesab etmisiniz?" sualına özünə məxsus şəkildə cavab verib: "Xoşbəxtlikdə zaman anlayışı yoxdur. Xoşbəxtlik insana hər gün və ya ildə bir dəfə gələ bilər. Qarşı tərəfin səmimiyyətini hiss edəndə xoşbəxt ola bilirəm. Səmimi insana sığınmaq da, dəyərləri öz həyatında, dünyanda, anlamında dəyərləndirmək də olur. Mənim üçün xoşbəxtlik o deməkdir.

Çevrəm, məni sevənlər zamanla gözləmədiyim, düşünmədiyim bir məqamda məni xoşbəxt edə bilirlər. Eyni zamanada hər gün xoşbəxt olmaq da olmur. Hər gün xoşbəxtəm deyən adamın özü dəlidir. Canlı insanıq. Özümüz özümüzdən baş açmırıq. Sadəcə olaraq, insan xoşbəxt olmaq arzuları ilə yaşayır. Kimsə deyirsə, hər gün xoşbəxtdir, deməli, o Allahın seçdiyi günahsız dəli bir bəndədir. Amma mən istəmirəm ki, o cür günahsız bəndə olum, hər gün özümə deyim ki, məndən xoşbəxt adam yoxdur".

Azvision.az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/517062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR