İki nazirliyin birləşməsi bizə nə verəcək? - RƏY

İki nazirliyin birləşməsi bizə nə verəcək? - RƏY
17:08 13 Fevral 2017
269 Ölkə
Ölkə mətbuatı
A- A+

"Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi təcrübəsi bir sıra ölkələrdə mövcuddur".

Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncamını şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, iki nazirliyin birləşdirilməsinin zamanın tələbidir: “Müasir dövrdə söhbət artıq logistikadan gedir. Nəqliyyat 50-60 il qabaqkı kimi fəaliyyət göstərmir. Bu işdə müasir texnologiyalar əsasında informasiya dəstəyi və yüksək rabitə təminatı, son texnologiyalı nəzarət (müxtəlif xarakterli naviqasiya sistemləri və s.) olmasa, normal idaretmədən və fəaliyyətdən söhbət gedə bilməz. Bu iki nazirliyin birləşdirilməsi ölkənin icra hakimiyyətini xeyli dərəcədə sadələşdirir. Görünür, nəqliyyat sahəsində illərdən bəri yığılıb qalan problemlərin real həlli üçün belə təşkilati-hüquqi variant daha məqbul sayılıb. Ümid edək ki, nəhayət problemlərin həqiqi həllini də görəcəyik. Həmçinin qeyd etməliyəm ki, dünyanın hər bir qitəsində nəqliyyat və rabitə sektorunun eyni orqan tərəfindən idarə edilməsi təcrübəsi olan dövlətlər (Türkiyə, Avstriya, Norveç, Finlandiya, Peru, Çili, Oman, Qətər, Myanma (keçmiş Birma və s.) var”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/187624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR