“Hasarın o üzü” 25-ci dəfə nümayiş etdiriləcək

“Hasarın o üzü” 25-ci dəfə nümayiş etdiriləcək
17:27 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan “Hasarın o üzü” tamaşası 25-ci dəfə nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumatına görə, tanınmış yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.
Bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüş tamaşada dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
Peşəkar kino-aktrisa, xalq artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlının, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisaları Şəbnəm Hüseynova, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədovanın iştirak etdiyi tamaşa fevral ayının 19-da saat 19.00-da nümayiş etdiriləcək.  







Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/hasarin-o-uzu-25-ci-defe-numayis-etdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR