Təranə Mədinəni ələ saldı: "Gülməlidir"

Təranə Mədinəni ələ saldı: "Gülməlidir"
17:27 13 Fevral 2017
535 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Təranə Səmədova ilə Mədinə Məlik arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, T.Səmədova "Lider maqazin"ə açıqlamasında qarşı tərəfin müğənnilik etməsini ələ salıb.

Prodüser bildirib ki, M.Məlikə oxumağı yaraşdırmır:

"Bu sahəyə gələn jurnalistlərin, prodüserlərin əksəriyyətinin ürəyindən müğənni olmaq keçib. Hər insana tutduğu işin öhdəsindən gəlmək qismət olmur. Yaxşı qrup rəhbəri idi. Gedib qrupundakı səhvləri düzəltsin, layihələr edib, yeni üzvlər gətirsin, amma oxumasın. O vaxt bilirdim, mahnı bəstələyirdi, bekvokal oxuyardı. Çox gülməli mövzudur. Əgər bunu ortaya qoyub lağ edirlərsə, çəkil kənara".
 
M.Məlik həmkarının ittihamlarına sərt cavab verib:

"Ən gözəl silahım mənim gülüşümdür. Hər kəs efirdə öz ailəsini təbliğ edir. Təranə müğənnilərlə işləyirsə, niyə onları alçaldır? O, müğənnilərin statusunu aşağılayır. Təəccüblüdür ki, Təranə mənim haqqımda danışıb. Təranənin ilk işi Kərim Abbasov olub. Onun müğənni kimi üzə çıxmasında da Təranənin yox, Nisə Qasımovanın əməyi olub. Təranənin elədiklərini mən desəm, yaxşı olmaz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/517102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR