Azərbaycanda nağdsız ödənişlər 33% artıb

Azərbaycanda nağdsız ödənişlər 33% artıb
17:32 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda ötən il POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 527 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 131 mln. manat və ya 33,1% çoxdur.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, ATM-lər vasitəsi nağdsız ödənişlərin həcmi 329 mln. manata çatıb və illik müqayisədə bu göstərici 9 mln. manat və ya 2,7% azalıb.
Beləliklə, 2016-cı il ərzində bankomat və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin ümumi həcmi illik müqayisədə 122 mln. manat və ya 16,6% artaraq 856 mln. manata çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/baki-13-fevral-report-az-2016-ci-ilde-pos-terminallar-vasitesile-nagdsiz-odenislerin-hecmi-527-ml

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR