Fövqəladə Hallar və Avstriyanın Daxili İşlər nazirlikləri birgə təlimlər keçirir

Fövqəladə Hallar və Avstriyanın Daxili İşlər nazirlikləri birgə təlimlər keçirir
17:34 13 Fevral 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində bu il fevralın 12-dən Qəbələdə qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanıb.

 

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, təlimlərə nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək. 

 

Təlimlər fevral ayının 19-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR