"Ağanatiq" Park Cinema Masallıda sevənləri ilə görüşüb - FOTO

"Ağanatiq" Park Cinema Masallıda sevənləri ilə görüşüb - FOTO
17:52 13 Fevral 2017
193 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ağanatiq" Park Cinema Masallıda sevənləri ilə görüşüb.

Milli.Az xəbər verir ki, həftə sonu "Ağanatiq" filminin sevilən aktyorları Park Cinema Masallıda imza günü keçirdilər. Cabir İmanov, Azər Məmmədzadə, Ələkbər Əliyev və digərləri öncə "ASAN Həyat" kompleksi ilə tanış oldular, daha sonra isə pərəstişkarları ilə görüşüb, birlikdə film izlədilər.

Qeyd edək ki, ötən ilin payız aylarından Masallıda yerləşən "ASAN Həyat" kompleksində Park Cinema şəbəkəsinə daxil olan daha bir kinoteatr fəaliyyətə başlamışdır və bu günə qədər müxtəlif aktyorların və tanınmış şəxslərin iştirakı ilə tədbirlər həyata keçirilmişdir.

Kinoteatrdan əlavə, kompleksdə ASAN Xidmət, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, "ABAD mərkəzi", "ASAN Brend" dükanı və "ASAN İntellektual" inkişaf mərkəzi də fəaliyyət göstərir.

"Ağanatiq" milli komediyasının rejissoru məşhur "Parni iz Baku" KVN komandasının üzvü Cabir İmanovdur. Filmin yaş həddi: 14+

Film taksi sürücüsü Ağanatiqin və dostlarının başına gələn təhlükəli və eyni zamanda gülməli hadisələrdən bəhs edir.

Filmdə aktyorlar Cabir İmanov, Azər Məmmədzadə, Tahir İmanov, Emil Abbasov, Bəhram Bağırzadə, Ələkbər Əliyev, Şahin Nəsirov, Ziba Şücai, əməkdar artist Tünzalə Ağayeva və bəstəkar Elçin İmanov çəkiliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR