Adel mükafatını qırdı, yarısını Beyonseyə verdi - FOTO

Adel mükafatını qırdı, yarısını Beyonseyə verdi - FOTO
18:05 13 Fevral 2017
176 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhərindəki "Staples Center"də "59th Annual Grammy Awards" mərasimi keçirilib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, "İlin ən yaxşı mahnısı" nominasiyasında "Grammy"ni alanda britaniyalı müğənni, 28 yaşlı Adel heykəlciyi ortadan qırıb.

Adel "Hello" mahnısı ilə "Ən yaxşı mahnı" nominasiyasında qalib gəlməklə yanaşı, "25" albomu ilə daha 4 nominasiyanın triumfatoru olub.

Ən şanslı müğənni sayılan amerikalı Beyonse isə sadəcə, "Ən yaxşı video" nominasiyasında qələbə ilə kifayətlənməli olub.

Adel mükafatı qırandan sonra deyib: "Sağ olun, amma bu mükafatı ala bilmərəm. Təşəkkür edirəm. Fəqət, idealım Beyonsedir. Ən yaxşı albom da onun "Lemonade"idir. Bu albom gözəldir, orada qəlb hiss olunur. Beyonse, sən bizim işığımızsan".

Hamilə Beyonse bu sözləri eşidəndə kövrəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

















































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR