Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı bəzi fərmanlar qüvvədən düşdü

Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı bəzi fərmanlar qüvvədən düşdü
18:22 13 Fevral 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikası prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman verib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikası prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 995; 2006, № 8, maddə 677; 2007, № 12, maddə 1246; 2011, № 2, maddə 85) 2-ci hissəsi ləğv edilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR