Azərbaycan gimnastları Dünya Kubokuna hazırlaşırlar - FOTOREPORTAJ

Azərbaycan gimnastları Dünya Kubokuna hazırlaşırlar - FOTOREPORTAJ
18:52 13 Fevral 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Gimnastika Federasiyası Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək gimnastların siyahısını açıqlayıb.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, yarışa 4 Olimpiya çempionu - Rio-2016-nın qalibi (halqalarda) yunan Elefterios Petrunias, London Olimpiadasının qalibi macar Kristian Berki, ötən il AGF Trophy-nin sahibi özbəkistanlı Oksana Çusovitina və əfsanəvi rumın gimnast Katalina Ponor - da qatılacaq.

Xatırladaq ki, 16-19 mart tarixlərində Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu kubokda 22 ölkədən ümumilikdə 90 kişi, 46 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Trend Azərbaycanın idman gimnastikası üzrə kişilərdən və qadınlardan ibarət yığma komandalarının məşqindən fotoreportajı təqdim edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR