Türkiyədə bazarın damı çöküb, yaralanan var

Türkiyədə bazarın damı çöküb, yaralanan var
18:57 13 Fevral 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Ağrı vilayətində meyvə-tərəvəz bazarının damı qarın ağırlığından çöküb. 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları, səhiyyə işçiləri və xilasedicilər cəlb edilib. 
Ağrı vilayətinin valisi Musa İşın hadisə nəticəsində hələlik ölüm faktı qeydə alınmadığını, ancaq bir nəfərin yaralı halda dağıtılar altından çıxarıldığını bildirib: "Hazırda dağıntılar altında daha iki nəfərin ola biləcəyi ehtimalı var. Ona görə də hadisə yerində xilasedicilər işləyirlər". 




Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-bazarin-dami-cokub-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR