Nizamini təriflədi: "Yəqin, yığmaya dəvət alar"

Nizamini təriflədi: "Yəqin, yığmaya dəvət alar"
19:05 13 Fevral 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

"Vacib  qələbə oldu. "Neftçi"yə məğlubiyyətdən sonra toparlana bildik. Çoxlu qol vəziyyətləri yaratdıq və 3 xal qazandıq".
 
Goal.az xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze AZAL-a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
 
O, növbəti turda "Zirə" ilə keçirəcəkləri oyuna da eyni qaydada hazırlaşacaqlarını bildirib. Svanadze yeganə qolun müəllifi Nizami Hacıyevin Azərbaycan yığmasında oynamağa layiq olduğunu söyləyib: "Nizami belə davam etsə, yəqin, yığmaya dəvət alar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR