"Şər atmaq nədir, sizə göstərəcəyəm"

"Şər atmaq nədir, sizə göstərəcəyəm"
19:17 13 Fevral 2017
249 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni İrem Derici haqqında yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az bildirir ki, axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni onu tənqid edənlərə sosial şəbəkədə cavab verib.

"Bütün bunları mənə qara yaxmaq istəyənlərin, yalan xəbər yazanların burnundan gətirəcəyəm. Bir də xərçəng xəstəsi uşaqlar deyib hamını aldadırsınız. Yazıq sizin insanlığınıza. Bu, bir futbol komandasının gecəsi idi. Məşq və yoxlamalar üçün məkana getdiyimizdə müqavilədə göstərilən şərtlərin (səs, səhnə, işıq və s.) heç birinin yerinə yetirilmədiyini gördüm. Bu səbəbdən də, normal olaraq iş ləğv olundu. Heç kimlə dialoq qurmasam da, mənim adımdan yanlış şeylər yazan şərəfsizlər, bura baxın! Mənim üçün maraqlıdır ki, hüquq qarşısında nə deyəcəksiniz? Başınızı bəlaya saldınız. Qul haqqı yemək, şər atmaq nədir - sizə göstərəcəyəm".

Qeyd edək ki, bu gün müğənninin xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar və futbol komandası üçün təşkil olunan konsertdə səhnəyə çıxmaqdan imtina etdiyi, qonaqların əyləşdiyi məkanı "tövlə" adlandırdığı və aldığı pulu geri qaytarmadığı iddia edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR