SOFAZ Yaponiyada nə qədər qazanacaq?

SOFAZ Yaponiyada nə qədər qazanacaq?
19:37 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

ARDNF "E-Shang Redwood" şirkəti tərəfindən idarə olunan "Redwood Japan Logistics Fund II" yə investisiya yatırıb.

Fonddan Milli.Az-a verilən məlumata görə, Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka hazırki investisiya çərçivəsində adıçəkilən portfelin coğrafi mövqe, aktivlərin növü və risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədi ilə Asiya və Sakit Okean Hövzəsi regionunda logistika sahəsində ixtisaslaşmış "E-Shang Redwood" şirkəti tərəfindən idarə olunan "Redwood Japan Logistics Fund II" (RJLF II) və ümumi həcmi 1 milyard dollar olan fonduna 100 milyon dollar məbləğində investisiya yatırıb.

Adıçəkilən fondda ARDNF ilə yanaşı, dünyanın bir sıra qabaqcıl institusional investorları da iştirak edir. İnvestisiyanın illik hədəf gəlirliliyi 15% olmaqla müddəti 5-7 il təşkil edəcək. "RJLF II" fondunun investisiya strategiyasının əsasını Yaponiyanın Tokio, Osaka və Naqoya kimi şəhərlərinin yeni daşınmaz əmlak təkliflərinin məhdud olduğu, eləcə də nəqliyyat infrastrukturu üçün ən uyğun ərazilərində müasir logistika mərkəzləri inşa edərək, uzunmüddətli müqavilələr əsasında onların icarəsini təmin etmək, daha sonra isə həmin mərkəzləri əsasən institusional investorlara satmaqla yatırımlardan çıxmaq təşkil edir.

"E-Shang Redwood" şirkəti hal-hazırda Çin, Yaponiya, Cənubi Koreya və Avstraliya kimi ölkələrdə müxtəlif layihələr həyata keçirməkdədir.

Ötən il Yaponiya daşınmaz əmlak bazarında müasir logistika mərkəzləri ölkə üzrə ümumi logistika obyektlərinin cəmi 6%-ni təşkil etmişdir və hal-hazırda da bu mərkəzlər üzrə icarəyə verilməmiş sahənin ümumi həcmi cəmi 6,8% səviyyəsindədir. Son 5 il ərzində e-ticarət şirkətləri tərəfindən müasir logistika mərkəzlərinə olan tələb isə öz növbəsində illik olaraq 9% artmışdır ki, gələcəkdə də bu tendensiyanın davamı proqnozlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/517146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR