Ramil Şeydayevi neçəyə "alıblar"?

Ramil Şeydayevi neçəyə "alıblar"?
19:52 13 Fevral 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

"Trabzonspor" Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Jilina"ya keçidini rəsmən bəyan edib.

Goal.az xəbər verir ki, klubun rəsmi saytı Şeydayevin 2018-ci ilin yayına qədər Slovakiya klubunda çıxış edəcəyini açıqlayıb.

İl yarımlıq icarə qarşılığında "Jilina" Türkiyə klubuna pul verməyəcək. Əksinə, oyunçunun aylıq məvacibinin 10 min avrosunu Qara dəniz təmsilçisi ödəyəcək. Klublar arasında imzalanan müqavilədə yer alan bəndə əsasən, Slovakiya çempionatının lideri 3 milyon avro müqabilində Şeydayevi birdəfəlik transfer etmək hüququna malik olacaq.

Razılığa görə, bu müddətdə və ya 2018-ci ilin yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi "Jilina"ya çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR