Samir Abasov: "Mən onları nəinki azarkeş, heç sumqayıtlı saymıram"

Samir Abasov: "Mən onları nəinki azarkeş, heç sumqayıtlı saymıram"
19:52 13 Fevral 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız qırıldı. Bunu faciəyə çevirən deyilik. Qarşıda AZAL-a daha çətin oyunumuz var. Qol vəziyyətlərinə baxsaq, "Neftçi" qələbəni haqq etdi. Amma hələ bu komanda ilə Sumqayıtda oyunumuz olacaq. Dünya dağılmayıb. Orda qalib gələrik.
- "Sumqayıt" iddialı rəqiblərə asanlıqla məğlub olmur. Gələcək planlarınız nədir?
- Azərbaycanda gələcəklə bağlı plan qurmaq çətindir. Bu günlə yaşayırıq.
- Azarkeşlərinizlə insident oldu...
- Haramları olsun. Mən o adamları nəyinki azarkeş, sumqayıtlı saymıram. Bəlkə də, hansısa ehtiyatda qalan futbolçumuzun qohumu idilər.
- Amil Yunanovu meydana gec buraxmadınız ki?
- Məncə, gec deyildi. Çıxdı, ötürmə də verdi. Vura bilmədik.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samir-abasov-men-onlari-neinki-azarkes-hec-sumqayitli-saymiram

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR