Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq

Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq
20:02 13 Fevral 2017
168 İdman
Ölkə mətbuatı
A- A+

Tbilisi. 13 fevral. REPORT.AZ/ Fevralın 15-dən 19-dək Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində gənclər arasında boks üzrə Gürcüstan çempionatı keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Milli Boks Federasiyasının təşkil etdiyi çempionatda Gürcüstan vətəndaşı olan 7 nəfər azərbaycanlı gənc də mübarizə aparacaq.
Bu idman yarışmasında azərbaycanlılarla yanaşı, gürcü və digər millətlərin nümayəndələri də güclərini sınayacaqlar.
Çempionat Marneuli şəhərindəki “Ata Holdinq” salonunda təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/marneulide-kecirilecek-boks-uzre-gurcustan-cempionatinda-7-azerbaycanli-mubarize-aparacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR