Baş məşqçi: "Fərhad Vəliyevin ustalığı olmasaydı, daha çox qol vura bilərdik"

Baş məşqçi: "Fərhad Vəliyevin ustalığı olmasaydı, daha çox qol vura bilərdik"
20:07 13 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb. 
"Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Maraqlı oyun oldu. Rəqibimiz də çox yaxşı mübarizə apardı. Fərhad Vəliyevin ustalığı olmasaydı, daha çox qol vura bilərdik.
- Bu gün sizə qar daha çox mane oldu, yoxsa "Sumqayıt"?
- Havadan şikayətlənmək düz olmazdı. Hər iki komanda bu şəraitdə oynadı.
- Bu hava şəraitinə uyğun hazırlaşmışdınız?
- Bəli. Müəyyən elementlər olur. Onların üzərində məşq edirik.
- Mahir Şükürovun bu mövsüm karyerasını bitirəcəyi doğrudurmu?
- Bunu Mahirdən soruşsanız daha yaxşı olar. Özü bilər, istəsə oynacaq, istəməsə yox.
- Boban Baykoviçin ehtiyatda qalması limitlə bağlıdır, yoxsa başqa problem var?
- Oyun bunu tələb edirdi. Rəqibdən asılıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bas-mesqci-ferhad-veliyevin-ustaligi-olmasaydi-daha-cox-qol-vura-bilerdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR