Latviya ZUBR marşrutunu Azərbaycan və Çinə qədər uzatmaq istəyir

Latviya ZUBR marşrutunu Azərbaycan və Çinə qədər uzatmaq istəyir
20:12 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Latviya konteyner qatarlarının ZUBR marşrutunu Ukraynadan Azərbaycana, daha sonra isə Çinə qədər uzatmaqda maraqlıdır.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinqdə deyib.

E.Rinkeviçs qeyd edib: "Fikrimcə, bu məsələnin üzərində işləyəcəyik".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, ZUBR siyasi baxımdan maraqlı layihədir:

"Siyasi nöqteyi-nəzərdən 3 dənizi - Baltik, Qara dəniz və Xəzəri birləşdirir. Bu isə özlüyündə 3 fərqli regionun birləşməsinə xidmət edir".

Qeyd edək ki, ZUBR Latviya, Belarus, Ukrayna və Estoniyanın birgə layihəsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/517151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR