İsveçrədə Xocalı soyqırımı qurbanları anılıb - FOTO

İsveçrədə Xocalı soyqırımı qurbanları anılıb - FOTO
20:17 13 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və "Azərbaycanın dostları" diaspor təşkilatının təşkilatçılığı ilə İsveçrənin Bazel şəhərindəki "Union" tədbir zalında "Xocalıya ədalət" devizi altında anım tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı iştirakçılara ilkin olaraq Azərbaycan barədə geniş məlumat verilib, müxtəlif videoçarxlar göstərilib, daha sonra isə "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanıb, Xocalı soyqırımından bəhs edən film iştirakçılara təqdim edilib.

Bundan əlavə, İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə xüsusi hazırlanmış tamaşa göstərilib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR