Ronaldunun "Yuventus"a transferinə kim mane olub?

Ronaldunun "Yuventus"a transferinə kim mane olub?
20:27 13 Fevral 2017
170 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldu 2003-cü ildə "Manchester United"ə transfer olunmazdan öncə "Barcelona" da daxil olmaqla, bir sıra klubların maraq dairəsində durub. Ulduz futbolçunun "Sporting"dən "Juventus"a transferi də baş tuta bilərmiş. Goal.az xəbər verir ki, buna Marselo Salasın Turin klubunda qalmaq istəməsi səbəb olub. Bunu "qoca senyora"nın sabiq idman direktoru Canni Di Marzio açıqlayıb.

"Ronaldu 18 yaşında "Juventus"un gündəminə gəldi. Klub rəhbərliyinə dedim ki, bu oğlan Maradonadan sonra dünyanın ən yaxşısı olacaq. 2002-ci ildə onu Turinə gətirmək üçün fəaliyyətə başladım. Amma Salas getmək istəmədi. Yoxsa Ronaldu bir neçə milyon avro qarşılığında "Juventus"a keçəcəkdi", - Di Marzio deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR