Rusiyada yeni verilən kreditlərin həcmi artıb

Rusiyada yeni verilən kreditlərin həcmi artıb
20:32 13 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiya bankları ötən il 25,83 mln. yeni kredit verib. 
"Report"un "Rambler News Service" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Birləşmiş Kredit Bürosu (OKB) məlumat yayıb. 
Belə ki, illik müqayisədə 2016-cı ildə verilən kreditlərin sayı 14%, həcmi isə 28% artaraq 3,25 trln. rubl və ya 54 mlrd. ABŞ dolları təşkil edib. Verilən kreditlərin orta həcmi 93 min rubldan (1 550 dollar) 9,7% artaraq 102 min rubla (1 700 dollar) çatıb. Dövr ərzində ipoteka kreditlərinin sayı 16%, həcmi isə 19% artıb. Onun orta həcmi isə 1,64 mln. rubl və ya 27 300 dollar olub. Avtokreditlərin sayı isə 10%, həcmi 25% artım göstərib. Avtokreditin orta həcmi isə 729 min və ya 12 150 dollar olub. Yeni kredit kartlarının sayı isə 5% artaraq 7,59 mln. ədəd təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-yeni-verilen-kreditlerin-hecmi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR