Nardaranda yerləşən “Rəhimə xanım ziyarətgahı” məscidində tədbir keçirilib

Nardaranda yerləşən “Rəhimə xanım ziyarətgahı” məscidində tədbir keçirilib
20:57 13 Fevral 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Komitədən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Aslan Sultanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Dini icmanın sədri və axundu Musa Qasımov keçirilən layihənin əhəmiyyətindən danışıb, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan qayğısı kimi qiymətləndirən natiq bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət daşıdığını deyib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov bildirib ki, dini radikalizmin yaranmasının əsas səbəblərindən biri digər etiqadlara qarşı dözümsüzlük nümayiş etdirməkdir. O, belə hallara qarşı mübarizədə ən effektiv vasitənin maarifləndirmə işlərinin aparılması olduğunu diqqətə çatdırıb.
Mövzunun aktuallığını, bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycan dövlətinin din sahəsindəki siyasətinin tolerantlığa əsaslandığını və dini radikalizmə qarşı mübarizədə prinsipial mövqe tutduğunu söyləyib.
Tədbirin yekununda məscid dindarları və ziyalılar mövzu ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/din/nardaranda-yerlesen-rehime-xanim-ziyaretgahi-mescidinde-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR