Şahbaz Şərif: "Pəncab vilayəti Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır"

Şahbaz Şərif: "Pəncab vilayəti Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır"
21:12 13 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pəncab əyalətinə səfəri zamanı bu əyalətin baş naziri Şahbaz Şərif ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfir Azərbaycanla Pakistanın bir-birinə göstərdiyi dəstəyin qardaşlıq münasibətlərinin bir təzahürü olduğunu, iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da inkişafı istiqamətində səylərin artırıldığını bildirib.
Səfir, Pakistanın Pəncab əyaləti ilə də iqtisadi-ticari əlaqələrin genişləndirilməsində azərbaycanlı iş adamlarının maraqlı olduğunu qeyd edib.
Şahbaz Şərif Pakistanın Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcəyini və Pəncab əyalətinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Baş nazir Azərbaycanın müvafiq biznes heyətinin Lahor şəhərinə səfərinin iqtisadi-ticari əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəyini, bu ilin aprel ayında Pəncab əyalətində biznes imkanları ilə bağlı keçiriləcək beynəlxalq konfransda Azərbaycanın iqtisadi nümayəndə heyətinin də iştirakının məmnunluqla qarşılanacağını bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sahbaz-serif-pencab-vilayeti-azerbaycanla-elaqelerin-inkisafinda-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR