Körfəz ölkələri 2018-ci ildən ƏDV tətbiqinə başlayır

Körfəz ölkələri 2018-ci ildən ƏDV tətbiqinə başlayır
21:13 13 Fevral 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Fars Körfəzi Ərəb ölkələri Əməkdaşlıq Şurası (GCC) üzvü olan 6 ölkənin rəhbərliyi 2018-ci ildən etibarən 5% əlavə dəyər vergisi (ƏDV) tətbiqinə başlamaq istədiklərini bildirib.

Publika.az xəbər verir ki, bu barədə açıqlama Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maliyyə nazirinin müavini Yunis əl-Huri tərəfindən "Reuters" agentliyinə verilib. O bildirib ki, ƏDV bütün administrativ və texniki maneələrə baxmayaraq tətbiq ediləcək.

Onun sözlərinə görə, hökümət iqtisadiyyatın bəzi sektorları istisna olmaqla hər bir sahədən ƏDV alacaq: "İstisna təşkil edən sahələr arasında təhsil, səhiyyə, bərpa olunan enerji, su, kosmos, nəqliyyat və texnologiyalar var."

Nazir müavini BƏƏ hökümətinin 2018-ci ildə ƏDV-dən 12 mlrd. dirhəm və ya 3,3 mlrd. ABŞ dolları vəsait əldə etməyi planlaşdırdığını vurğulayıb. Rəsmi rəqəmlərə görə, bu, 2015-ci il 371 mlrd. dollar olan BƏƏ ÜDM-nin 0,9%-i təşkil edəcək.

Xatırladaq ki, GCC təşkilatına Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR