“Mercedes” dəmir səddə çırpıldı: - 3 yaralı

“Mercedes” dəmir səddə çırpıldı: - 3 yaralı
23:14 13 Fevral 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabulda baş verən yol qəzasında sürücü və iki qardaş xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının 115-ci kilometrliyinin Hacıqabul şəhəri ərazisindən keçən hissəsində avtoqəza baş verib.

 

Bakı sakini, 1990-cı il təvəllüdlü Əsgərov Vaqif Şahin oğlunun idarə etdiyi  “Mercedes” markalı 99 BG 458 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dəmir səddə çırpılıb.

 

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Bakı sakinləri, 1982-ci il təvəllüdlü Əsgərov Habil Şahin oğlu və onun qardaşı 1979-cu il təvəllüdlü Əsgərov Zabil Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR