Yol qəzasında qardaşlar yaralandılar

Yol qəzasında qardaşlar yaralandılar
23:17 13 Fevral 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda baş verən yol qəzasında sürücü və iki qardaş xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının 115-ci kilometrliyinin Hacıqabul şəhəri ərazisindən keçən hissəsində avtoqəza baş verib.

Bakı sakini, 1990-cı il təvəllüdlü Əsgərov Vaqif Şahin oğlunun idarə etdiyi "Mercedes" markalı 99 BG 458 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dəmir səddə çırpılıb.
 
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Bakı sakinləri, 1982-ci il təvəllüdlü Əsgərov Habil Şahin oğlu və onun qardaşı 1979-cu il təvəllüdlü Əsgərov Zabil Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/517234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR