Lənkərana güclü qar yağdı: - kəndlər işıqsız qaldı

Lənkərana güclü qar yağdı:  - kəndlər işıqsız qaldı
23:19 13 Fevral 2017
190 Digər
Ölkə mətbuatı
A- A+

Güclü qar səbəbindən Lənkəranda bir neçə kənd və şəhərin bir hissəsi işıqsız qalıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, enerji xəttində yaranan problemlər səbəbindən şəhərin Qalayçılar məhəlləsi tamamilə işıqsız qalıb.

 

Bundan başqa Separadi, Sütəmordov və daha  bir neçə kənddə də eyni problem yaşanır. Hazırda ərazidə Lənkəran Elektrik Şəbəkəsinin ("Azərişıq" ASC) briqadası çalışır. Qısa müddət ərzində problemin aradan qalxacağı bildirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR