"Qabriel Jezuş dünyanın ən yaxşı futbolçusu ola bilər"

"Qabriel Jezuş dünyanın ən yaxşı futbolçusu ola bilər"
23:42 13 Fevral 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Ronaldinyo "gələcəkdə dünyanın ən yaxşı futbolçusu kim olacaq?" sualına cavab verməkdə artıq çətinlik çəkir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbol vitruozu əvvəl tək Neymarın adını çəkirdisə, son vaxtlardakı çıxışından sonra Qabriel Jezuşu da qeyd edir.

"İndiki vaxtda dünyada ən yaxşı futbolçu Lionel Messidir. Həmişə demişəm ki, mənim fikrimcə, gələcəkdə bu statusa Neymar sahib çıxacaq. Amma Qabriel Jezuş da buna nail olmaq üçün hər cür imkana malikdir. Jezuşun oyununa baxanda heç nədən qorxmadığını görmək olar. O, oynamaq və sahib olduğu keyfiyyətləri göstərməyə çalışır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR