Daha yumurta qabığını atmayacaqsınız

Daha yumurta qabığını atmayacaqsınız
23:52 13 Fevral 2017
801 Ölkə
Ölkə mətbuatı
A- A+

Yumurta qabığı ən azı yumurtanın özü qədər faydalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, alimlər yumurta qabığının "kalsium deposu" olduğunu bildirirlər. Belə ki, tərkibi 95% kalsium karbonatdan ibarət olan yumurta qabığını qaynatmaq, sonra sobada (93 ºC) 10-15 dəqiqə bişirmək lazımdır. Daha sonra toz halına salıb una qatmaq və ondan bir çox un məmulatları hazırlamaq olar.

Qabığın tərkibində olan kalsium qadınlarda yaşlandıqca yaranan osteoporoz (sümük əriməsi) ağrılarının qarşısını alır.

Lakin qabıqdan istifadə zamanı diqqətli olmaq lazımdır. Çünki normal olaraq gündə sadəcə 1 qram kalsium qəbul edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/517238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR