Pentaqon: Şimali Koreyanın raket proqramı ABŞ üçün ciddi təhlükədir

Pentaqon: Şimali Koreyanın raket proqramı ABŞ üçün ciddi təhlükədir
23:57 13 Fevral 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın ballistik raketlərin hazırlanması proqramı ABŞ üçün ciddi təhlükə kəsb edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərlə söhbət zamanı Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis deyib.

Devis deyib ki: "Şimali Koreyanın ballistik raketlərin hazırlanması proqramı ABŞ-ın təhlükəsizliyi üçün dəqiq və ciddi təhlükə kəsb edir. Biz Şimali Koreyanın ballistik raketlərindən özümüzü qorumağa qadirik və biz ABŞ-ın ərazilərinə, vətəndaşlarına və müttəfiqlərinə qarşı olan təhlükənin aradan qaldırılmasında və qarşısının alınmasında bütün zəruri tədbirləri görəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR