"Arsenal" 3 milyonluq futbolçuya 45 milyon verir

"Arsenal" 3 milyonluq futbolçuya 45 milyon verir
00:07 14 Fevral 2017
164 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" "Çelsi"nin maraq dairəsində olan futbolçuya elçi düşüb. Fanat.Az xəbər verir ki, London klubu "Seltik"in 20 yaşlı ulduzu Mussa Dembeleni heyətinə qatmaq istəyir.


"Arsenal"ın yayda Şotlandiya klubuna rəsmi təklif göndərəcəyi deyilir. İddiaya görə, "Seltik" Fransa U-21-nin Mali əslli hücumçusu üçün 45 milyon avro tələb edir.


Qeyd edək ki, "Seltik" Dembeleni ötən ilin yayında "Fuohem"dən pulsuz transfer edib. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub. 20 yaşlı hücumçu "Seltik"in heyətində meydana çıxdığı 40 rəsmi oyunda 26 qol vurub.


  1. Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotarsenalquot-3-milyonluq-futbolcuya-45-milyon-verir-t56253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR