Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral
00:08 14 Fevral 2017
440 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qoç - təmkinli, amma əzmkar və qətiyyətli olun. Yalnız belə davranışla uğura nail ola bilərsiniz. Çətinliklərin qarşısından geri çəkilməyin.

Buğa - problemlər nə qədər çox olsa da, ruhdan düşməyin. Müşkülləri çözməyin yolu var. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcək.

Əkizlər - şxsi münasibətlər müstəvisində təşəbbüslə çıxış etmək olar. Əks cinsin mənsubları ilə ünsiyyətdə diqqətli olun.

Xərçəng - olardan faydalı məsləhət və ya maraqlı informasiya ala bilərsiniz. Yorğunluğa şərait yaratmayın. İfrat yorğunluq bu gün xroniki ağrılarınızı kəskinləşdirə bilər.

Şir - yalnız öz maraqlarınızı və mənafelərinizi düşünərək fikrinizi mütləq saysanız, ciddi problemlər yarana bilər.

Qız - yaxın ətrafdakı insanların fikir və niyyətlərini mütləq şəkildə nəzərə alın. Həssas, sayıq və diqqətli olun. Əks təqdirdə münasibətlər pozula bilər.

Tərəzi - təhsil, tədris üçün əlverişli gün deyil. Yeni informasiya pis əxz olunur, alınan məlumatları təhlil etmək çətindir.

Əqrəb - insanların gur olduqları məkanlara yollanmayın. Dəvət olunduğunuz yerə getsəniz, xarici görünüşünüzə mütləq fikir verin. Sizi paltara görə qarşılayacaqlar.

Oxatan - yaşananları diqqətlə müşahidə edərək gərəkli nəticələr çıxarsanız, səhv və yanlış addımlardan qurtula bilərsiniz. İlk baxışdan tamamilə əhəmiyyətsiz təsir bağışlanan nəsnə və olaylara da fikir verin.

Oğlaq - istənilən xırdalıq, detal mühüm rol oynaya bilər. Nüfuzlu insanla ünsiyyət, işlə bağlı planın müzakirəsi üçün yaxşı vaxt deyil. Bu plan, niyyət və ya layihənin sizsiz reallaşma şansı yüksəkdir.

Dolça - iri işə və ya layihəyə başlamayın. Cari işlərlə kifayətlənin. Yaxın ətrafdakı insanların davranışlarının dəyərləndirilməsində səhvə yol verə bilərsiniz.

Balıqlar - yeni tanışlıq uğurlu olmayacaq. Sizə əziz insanların sözlərinə diqqətlə qulaq asın. Məsləhətlər sizə istənilən çətinliyi dəf etməyə imkan verəcək.

milli.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/187668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR