Maskalılar İstanbulu ayağa qaldırdı

Maskalılar İstanbulu ayağa qaldırdı
00:18 14 Fevral 2017
179 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Kağıthane bölgəsində üzü maskalı 5 naməlum şəxs mağazaya daxil olaraq “Molotov kokteyli” atıb.

Publika.az “Milliyet”-ə istinadən xəbər verir ki, mağazada təşviş yaranıb, tüstülənmə nəticəsində 1 müştərinin halı pisləşib.

Maskalılar bundan sonra yolun kənarında dayanan avtomobilin altına səs qumbarası ataraq ərazini tərk ediblər. Maşına maddi ziyan dəydiyi bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR