Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi istefaya göndərilib

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi istefaya göndərilib
00:37 14 Fevral 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Yan Olde Rikerinklə yollarını ayırıb.
"Report" xəbər verir ki, 53 yaşlı holland mütəxəssis komandanın son vaxtlar uğursuz nəticələrinə görə istefaya göndərilib.
Bununla bağlı qərar klubun Direktorlar Şurası tərəfindən qəbul olunub. İstefa bu gün rəsmən açıqlanacaq.
Rikerink "Qalatasaray"ı ötən ilin martında qəbul edərək həmin çempionatı 6-cı yerdə bitirib və ölkə kubokunu qazanıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider "Beşiktaş"dan 5 xal geri qalır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiyenin-qalatasaray-klubunun-bas-mesqcisi-istefaya-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR