“Qalatasaray”da zəlzələ - Baş məşqçi getdi

“Qalatasaray”da zəlzələ - Baş məşqçi getdi
00:43 14 Fevral 2017
163 İdman
Ölkə mətbuatı
A- A+

“Qalatasaray” futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.

Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş"dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/187671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR