ABŞ-da təhlükəsizlik səbəbindən 700-ə yaxın insan həbs olunub

ABŞ-da təhlükəsizlik səbəbindən 700-ə yaxın insan həbs olunub
01:17 14 Fevral 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ-ın immiqrasiya və gömrük polisi (ICE) 75 faizi əcnəbilər olmaqla ölkə üçün təhlükə kəsb edən 680-dən çox insanı həbs edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kellinin bəyanatında bildirilir.
"ICE əməkdaşları Los-Anceles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-York ərazilərində ictimai təhlükəsizlik, sərhədlərin təhlükəsizliyi və ölkəmizin immiqrasiya sisteminin bütövlüyü üçün təhlükə yaradan 680-dən çox insanı həbs edib. Onların təqribən 75 faizi əcnəbi cinayətkarlardır", — deyə bəyanatda qeyd olunur.
Onun sözlərinə görə, həbslər hüquq-mühafizə orqanlarının ötən həftə bütün ölkə üzrə apardıqları silsilə əməliyyatlar zamanı həyata keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-tehlukesizlik-sebebinden-700-e-yaxin-insan-hebs-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR