ABŞ-da 700-ə yaxın insan həbs olundu

ABŞ-da 700-ə yaxın insan həbs olundu
01:48 14 Fevral 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın immiqrasiya və gömrük polisi (ICE) 75 faizi əcnəbilər olmaqla ölkə üçün təhlükə kəsb edən 680-dən çox insanı həbs edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kellinin bəyanatında bildirilir.

"ICE əməkdaşları Los-Anceles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-York ərazilərində ictimai təhlükəsizlik, sərhədlərin təhlükəsizliyi və ölkəmizin immiqrasiya sisteminin bütövlüyü üçün təhlükə yaradan 680-dən çox insanı həbs edib. Onların təqribən 75 faizi əcnəbi cinayətkarlardır", — deyə bəyanatda qeyd olunur.

Onun sözlərinə görə, həbslər hüquq-mühafizə orqanlarının ötən həftə bütün ölkə üzrə apardıqları silsilə əməliyyatlar zamanı həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR