Mosulda əlcəzairli qadın jurnalist başından yaralanıb

Mosulda əlcəzairli qadın jurnalist başından yaralanıb
03:22 14 Fevral 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Əlcəzairin "Şuruk" mediaholdinqinin qadın jurnalisti Samira Mouaki bazar ertəsi İraqın Mosul şəhərində başından ağır yara alıb.
"Report" xəbər verir ki, bu barədə şiə xalq könüllülərinin KİV üzrə idarəsi məlumat yayıb.
Könüllülərin sözlərinə görə, gənc qız cəbhə xəttində radikallara qarşı hərbi əməliyyatların gedişatını işıqlandırarkən İŞİD snayperçisi tərəfindən vurulub. Jurnalist insidentdən sonra bir neçə saat ərzində vertolyotla Bağdada çatdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mosulda-elcezairli-qadin-jurnalist-basindan-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR