Ekstremistlər Eyfel qülləsini partlatmaq istədi

Ekstremistlər Eyfel qülləsini partlatmaq istədi
03:58 14 Fevral 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Fevralın 10-da Fransanın Monpelye şəhərində tutulan gənc oğlan və 16 yaşlı qız Eyfel qülləsində və ya ölkənin digər turizm əhəmiyyətli obyektləri ərazisində terror aktı törətməyi planlaşdırıblar.

"Report" xəbər verir ki, bu barədə istintaqa yaxın mənbəyə istinadən "L'Express" jurnalı yazıb.

"Onlar Eyfel qülləsi yanında və ya onun mərtəbələrində terror aktı törədərək insanlarda qorxu hissi yaratmaq niyyətində olduqlarını iddia ediblər. Onlar, həmçinin Fransanın cənubunda digər hədəflərə, xüsusilə hərbçilərə hücum etmək imkanını nəzərdən keçiriblər", - deyə mənbə bildirib.

Polis tərəfindən onların qaldığı mənzildə aparılan axtarış zamanı 70 qram əldəqayırma partlayıcılar, həmçinin onun istehsalı üçün istifadə olunan maddələr aşkar olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR