Yaponiyadan Rusiyaya ETİRAZ

Yaponiyadan Rusiyaya  ETİRAZ
07:14 14 Fevral 2017
182 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının 5-nə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya nazirlər kabinetinin baş katibi Yosihide Suqa bildirib.

 

“Ölkəmizin maraqlarına cavab verməyən bu addım çox təəssüf doğurur. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etirazımızı bildirmişik”, deyə Y.Suqa qeyd edib.

 

Bundan əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarının indiyədək adları olmayan 5-nə adların verilməsi barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, adalar İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqına keçib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR