Onurğa beyni ilə idarə olunan protez yaradıldı

Onurğa beyni ilə idarə olunan protez yaradıldı
07:37 14 Fevral 2017
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

London İmperiya Kollecinin alimləri onurğa beyninin sinir sonluğunun siqnallarını interpretasiya edən və onları protez əlin hərəkətinə çevirən unikal sistem işləyib hazırlayıblar. Protez əli hərəkət etdirmək üçün insan yalnız lazımi hərəkət haqda düşünməli, bundan sonra hərəkətedici sinirlərdən oxunulan elektrik impulsları protezin müvafiq mexaniki hissələrini hərəkət etdirəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlki nəsil protezlərdə datçiklər pasiyentin amputasiya edilmiş əl-ayağındakı əzələlərin sonluğuna bərkidilirdi və bu, çox vaxt problem yaradırdı. Bu əzələlərin dartılması protezi hərəkətə gətirir. Amma əksər hallarda əzələlər çox güclü zədələndiyindən protezin hərəkəti çox məhdud olurdu. Pasiyentlərin təxminən 50%-i protezin işindəki nasazlıq səbəbindən ondan imtina edirdilər. Bu səbəbdən bir çox mütəxəssislər artıq çoxdan sinir sisteminə önəm verməyə başlayıblar.

Britaniyalı alimlər fərqli metoddan istifadə ediblər. Onlar əvvəllər  onurğa beyindən amputasiya edilmiş əl-ayağa aparan hərəkəti sinirləri ayıraraq onları zədələnməmiş döş əzələləri ilə birləşdiriblər. Bundan sonra bu əzələlərin üzərindəki dəriyə əzələ aktivliyini qeydə alan xüsusi sensorlar bərkidilib. Bu, bu və ya digər hərəkət haqda, sadəcə, düşünməklə protezi hərəkətə gətirməyə imkan verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR