Rusiya baş nazirinin müavini Rusiyaya səfərini təxirə salıb

Rusiya baş nazirinin müavini Rusiyaya səfərini təxirə salıb
07:52 14 Fevral 2017
161 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Dmitri Roqozin İrana səfərini təxirə salıb.
"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Kommersant" nəşri məlumat yayıb.
Bildirilir ki, səfərin təxirə salınmasına İran tərəfinin Roqozinin gəlişi barədə xəbəri mətbuata açıqlaması səbəb olub.
İslam Respublikasının Moskvadakı səfiri Mehdi Sənai bu barədə fevralın 12-də məlumat verib. Roqozin baş nazirin digər müavini İqor Şuvalov, energetika naziri Aleksandr Novak və başqa məmurlardan ibarət nümayəndə heyətinə rəhbərlik etməli imiş.
Nümayəndə heyətinin təyyarəsi fevralın 13-də səhər saatlarında uçmalı olsa da, "texniki səbəblər"dən səfəri təxirə salmaq lazım gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-bas-nazirinin-muavini-rusiyaya-seferini-texire-salib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR