Şəffaf robot balıqçı hazırlanıb

Şəffaf robot balıqçı hazırlanıb
08:12 14 Fevral 2017
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ alimləri balıq tuta bilən şəffaf robot balıqçı yaradıblar.

Massaçusets Universitetinin alimləri robotun yaradılması üzərində uzun müddət çalışıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, konstruksiya insan tərəfindən idarə olunan əl şəklindən ibarətdir. Balığı tutaraq onu suyun yuxarı hissəsinə dartan robotun əsas hissəsinin şəffaf və təhlükəsiz hidrogeldən ibarət olmasına görə konstruksiyanı suda görmək çətindir. Robot bir-biri ilə birləşmiş elastik detallardan ibarətdir. Maye ötürülən zaman onlar insan əzələləri kimi yığılır. Belə iş sxemi sayəsində qurğunun balığın olmasını bildirən elektrik mühərrikinə ehtiyacı qalmır.

Robot balıqçının yaradıldığı hidrogelin insan sağlamlığı üçün təhlükə törətməməsinə görə elmi əməkdaşlar materialdan müxtəlif fəaliyyət sahələrində, o cümlədən tibdə tətbiq edilən müxtəlif qurğuların yaradılması üçün istifadə edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR