“Qalatasaray” baş məşqçisni istefaya göndərdi

“Qalatasaray” baş məşqçisni istefaya göndərdi
08:42 14 Fevral 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.
 
Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.
 
Yan Olde Rikerinq 2016-cı ilin martında "Qalatasaray"-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında "Qalatasaray" lider "Beşiktaş"dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR