Yaponiya Rusiyaya etiraz məktubu göndərib

Yaponiya Rusiyaya etiraz məktubu göndərib
08:52 14 Fevral 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının 5-nə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bildirib.
 
"Ölkəmizin maraqlarına cavab verməyən bu addım çox təəssüf doğurur. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etirazımızı bildirmişik", deyə Y.Suqa qeyd edib.
 
Bundan əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarının indiyədək adları olmayan 5-nə adların verilməsi barədə sərəncam imzalayıb.
 
Qeyd edək ki, adalar İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqına keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR