Yanvar ayının ən yaxşı smartfonları - REYTİNQ

Yanvar ayının ən yaxşı smartfonları - REYTİNQ
08:57 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

AnTuTu yanvar ayı üçün populyar mobil telefonların reytinqini dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, birinci yerdə "Xiaomi Mi Mix" qərarlaşıb. Cihaz "AnTuTu" siyahısında təxminən 94,4 faiz səs toplayıb.

Smartfonun səs-küyə səbəb olması xüsusiyyətlərindən biri geniş ekranın keramik korpusla uğurlu uyğunlaşdırılması olub. Məlumdur ki, tirajının az olması səbəbindən "Xiaomi Mi Mix" smartfonunu çətinliklə əldə etmək olur. Telefonun korpusunun istehsalındakı texnoloji prosesin çətinliyi istehsal edilən telefonların sayını da ciddi şəkildə məhdudlaşdırır.
 
"AnTuTu2 əlavəsindəki reytinqdə ikinci yeri 86,76 faiz səslə "OnePlus 3" smartfonu tutur. Ondan sonra 0,53 faizlə geri qalan "OnePlus 3T" smartfonu gəlir.
 
Liderlərin ilk beşliyinə "Meizu Pro 6 Plus" və "Huawei Mate 9" da düşüb. "Samsung Galaxy S7 Edge" smartfonun "Ən yaxşı 20-lik"də yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/516732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR