“Gəncə Şərab-2” səhmdarlarına hesabat verəcək

“Gəncə Şərab-2” səhmdarlarına hesabat verəcək
09:02 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Martın 30-da, saat 15:00-da “Gəncə Şərab – 2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasında - Gəncə şəhəri, Kənar küçəsi, 3 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti haqqında illik hesabatın müzakirə edilməsi, mənfəətinin bölüşdürülməsi və səhmdarlarına dividend ödəmə müddətinin müəyyən edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,685 mln. manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gence-serab-2-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR