Dron bazarı bir ildə 35 faizdən çox artıb

Dron bazarı bir ildə 35 faizdən çox artıb
09:05 14 Fevral 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Gartner" şirkətinin analitikləri özləri üçün qeyri-ənənəvi olan bazar seqmenti - dronlara baxış keçirmək qərarına gəliblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar hesablayıblar ki, şəxsi və kommersiya istifadəsi üçün nəzərdə tutulmuş belə aparatların sayı sürətlə artır.
 
Gözlənilir ki, bu ilin sonunun nəticələrinə görə, bu bazar 34 faiz artacaq və 6 milyard dollar təşkil edəcək. Kəmiyyət nisbətində bu il 3 milyona yaxın dron satılacaq ki, bu da 2016-cı ilin göstəricilərini 39 faiz üstələyəcək. 2020-ci ildə isə bu bazar 11,2 milyard dollara qədər artacaq.

Ötən il dünyada 4,5 milyard dollar dəyərində dron istehsal edilib. Kommersiya seqmentinin payına 2,8 milyard dollar düşür, qalan 1,7 milyard dollar isə adi istifadəçilər üçün nəzərdə tutulmuş istehlak dronlarının satışından gəlir əldə edilib.

Satışlara say nisbətində baxdıqda isə vəziyyət tam fərqlidir. Ötən il 2 milyon ədəd istehlak dronu, 110 000 ədəd isə kommersiya dronunun satışı həyata keçirilib. Əsasən kommersiya seqmentində dronlarla kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, çatdırılma və neft-qaz sahəsi ilə məşğul olan şirkətlər maraqlanırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR